Qırğızıstanın Baş naziri istefa verdi: Əvəzedicisi bəllidir – FOTO

  • Space TV
  • 7 Oktyabr 2020 10:05

Qırğızıstanın Baş naziri Kubatbek Boronov istefa verib.

Spacetv.az xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” məlumat yayıb.

Baş nazirin istefası barədə xəbəri parlamentin yeni spikeri Mıktıbek Abdıldaev elan edib.

İstefa vermiş Baş nazirin səlahiyyətləri müvəqqəti olaraq deputat Sadır Japarova həvalə olunub.

Qeyd edək ki, oktyabrın 4-də Qırğızıstan Respublikasında parlament seçkiləri keçirilib.

Bir qrup vətəndaş çoxsaylı qanun pozuntularını əsas gətirərək, seçkilərin nəticələrini qəbul etmir.

Paylaş

 Xəbəriniz olsun