Qırğızıstandan qəribə görüntü: Məmur və polis ağaca bağlandı

  • Space TV
  • 7 Oktyabr 2020 15:06

Parlament seçkilərinin nəticələri ilə bağlı iğtişaşların yaşandığı Qırğızıstanda daha bir qəribə görüntü sosial şəbəkələrdə paylaşılıb.

Spacetv.az xəbər verir ki, “AKİ Press” “Telegram” kanalının məlumata görə, kadrlar Kum Dobo kəndindəndir. Ağaca bağlananlar isə kənd sovetinin başçısı və sahə polisidir.

Bildirilir ki, sakinlər kənd sovetinin başçısının yanına gələrək, onun istefasını tələb ediblər, o isə polis çağırıb və insanlara silahdan atəş açmağa başlayıb.

Bundan qəzəblənən sakinlər onları ağaca bağlayıblar.

Hadisə nəticəsində zərərçəkənin olmadığı bildirilir.

Paylaş

 Xəbəriniz olsun