Qırğızıstandakı iğtişaşlarda mindən çox insan yaralanıb

  • Space TV
  • 8 Oktyabr 2020 10:20

Qırğızıstandakı iğtişaşlar nəticəsində mindən çox insan yaralanıb.

Spacetv.az xəbər verir ki, bu barədə “İnterfaks” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayır.

Bildirilir ki, etiraz aksiyalarından sonra 1002 nəfər tibbi yardım istəyib, onlardan 204-ü xəstəxanaya yerləşdirilib.

Bir nəfərin öldüyü qeyd edilir.

Xatırladaq ki, Qırğızıstanda oktyabrın 4-də parlament seçkilərindən sonra iğtişaşlar başlayıb.

Paylaş

 Xəbəriniz olsun