Qırğızıstanda təkrar parlament seçkilərinin vaxtı açıqlandı

  • SpaceTV
  • 21 Oktyabr 2020 10:38

Qırğızıstanda təkrar parlament seçkiləri dekabrın 20-də keçiriləcək. 

Spacetv.az xəbər verir ki, TASS bununla bağlı ölkənin Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb. 

Bildirilib ki, bununla bağlı qərar bu gün verilib. 

Qeyd edək ki, Qırğızıstanda ilk parlament seçkiləri oktyabrın 4-də keçirilib. Seçkilərin nəticələri kütləvi etirazlara səbəb olub. Etirazların 10-cu günündə prezident Soooronbay Jeenbekov istefaya gedib. 

Paylaş

 Xəbəriniz olsun