Qırğızıstanda naməlum şəxslər dövlətə məxsus dəmir yolu şirkətini ələ keçirməyə cəhd göstərib

  • Space TV
  • 8 Oktyabr 2020 10:11

Bu gün Qırğızıstanda naməlum şəxslər Bişkekdə dövlətə məxsus “Qırğız Dəmir Yolu” şirkətini ələ keçirməyə cəhd göstəriblər.

Spacetv.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Şirkət nümayəndəsi bildirib ki, bir qrup naməlum şəxs binaya soxulub, turniketi qırıb, direktor kabinetini ələ keçiriblər.

Son məlumata əsasən, hazırda müəssisə normal rejimdə işləyir, nəqliyyatın təhlükəsizliyi təmin edilib.

Paylaş

 Xəbəriniz olsun