Qırğızıstanda MSK parlament seçkilərində səsvermənin nəticələrini etibarsız sayıb

  • Space TV
  • 6 Oktyabr 2020 13:35

Qırğızıstan Mərkəzi Seçki Komissiyası parlament seçkilərində səsvermənin nəticələrini etibarsız sayıb.

Spacetv.az xəbər verir ki,“RİA Novosti”nin məlumatına görə, bu barədə Seçki və Referendumlar üzrə Mərkəzi Seçki Komissiyasının üzvü Gülnara Curabayeva özünün Facebook səhifəsində xəbər verib.

“MSK on ​​iki səslə səsvermənin nəticələrini etibarsız saymağa qərar verib”, – deyə məlumatda bildirib.

Xatırladaq ki, Qırğızıstanda oktyabrın 5-dən etibarən etiraz aksiyaları başlayıb. Paytaxtın “Ala-Too” mərkəzi meydanına təxminən 2 min adam toplanaraq seçkilərin nəticələrinin ləğv edilməsini və təkrar səsvermənin keçirilməsini tələb etmişdilər.

Paylaş

 Xəbəriniz olsun