Qırğızıstan prezidenti istefa verəcək, amma bir şərtlə…

  • Space TV
  • 9 Oktyabr 2020 10:11

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov vaxtının keçdiyini hiss etdiyinə görə könüllü istefaya razı olub.

Spacetv.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə ölkənin keçmiş Baş naziri Temir Sarıyev bildirib.

Onun sözlərinə görə, prezident könüllü olaraq istefaya hazırdır, lakin müəyyən şərtləri var:

“Hələlik Sooronbay Jeenbekov prezident kimi fəaliyyətdədir. Onun şərtləri bunlardır – hökumətin istefasını qəbul edəcək, Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı fərman imzalayacaq”.

Siyasətçi qeyd edib ki, bu tənzimləmədən insanlar razı qalacaq.

“Əgər bu edilməzsə, qanuni çərçivədən kənara çıxacağıq. Xalq bunu qəbul edəcək. Hökumət təşkil edilmədən yaşaya bilmərik. Ölkəni küçə qaydaları idarə edə bilməz”, – deyə o əlavə edib.

Paylaş

 Xəbəriniz olsun