Qırğızıstan Prezidenti hökumətin və Baş nazirin istefasını qəbul edib

  • Space TV
  • 9 Oktyabr 2020 12:37

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Baş nazir Kubatbek Boronovun rəhbərlik etdiyi hökumətin istefaya göndərilməsi haqqında fərman imzalayıb.

Spacetv.az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Baş nazir, Baş nazirin birinci müavini, Baş nazir müavinləri və hökumət üzvlərinə Qırğızıstan Respublikasının yeni hökuməti formalaşana qədər əvvəllər tutduğu vəzifələri müvəqqəti icra etmək təklif olunacaq.

Qeyd edək ki, Qırğızıstanda parlament seçkilərindən sonra iğtişaşlar başlayıb. Oktyabrın 6-na keçən gecə etirazçılar Ağ Evin binasına daxil olub, eləcə də ölkənin keçmiş prezidenti Almazbek Atambayevi təcridxanadan azad ediblər. Qırğızıstan MSK isə sonradan seçkinin nəticələrini etibarsız saydığını açıqlayıb. Baş nazir Kubatbek Boronov istefa verib. Müxalifət iki koordinasiya şurası yaradıb.

Paylaş

 Xəbəriniz olsun