Qırğızıstan parlamentində yeni spikerin adı məlum oldu

  • Space TV
  • 4 Noyabr 2020 12:45

Qırğızıstan parlamentinin deputatı Talant Mamıtov qanunverici orqanın yeni spikeri seçilib.

Spacetv.az xəbər verir ki, bu barədə “Sputnik” Qırğızıstan məlumat yayıb. 

Qeyd olunur ki, 100 deputat T.Mamıtovun namizədliyini dəstəkləyib, bir nəfər əleyhinə səs verib. 

Xatırladaq ki, bir müddət əvvəl Qırğızıstan parlamentinin spikeri Kanat İsaev istefasını elan edib.

Məlumata görə, bu qərar rəhbərlik etdiyi “Qırğızıstan” partiyasının 10 yanvar seçkilərində onu prezidentliyə namizəd göstərməsi ilə əlaqədardır.

“Sadır Japarov seçkilərə gedir, bu da prezident səlahiyyətlərinin spikerə qayıdacağı deməkdir. Mən bunu qəbul edə bilmirəm, çünki mən də iştirak etmək niyyətindəyəm”, – deyə o vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun