Qırğızıstan PA-nın keçmiş rəhbəri həbsxanadan azad edildi

  • Space TV
  • 6 Oktyabr 2020 10:46

Qırğızıstan prezident administrasiyasının keçmiş rəhbəri Fərid Niyazov Bişkekdəki istintaq təcridxanasından azadlığa buraxılıb.

Spacetv.az xəbər verir ki, bu barədə TASS Qırğızıstan Sosial Demokrat Partiyasının qərargahından verilən məlumata istinadla məlumat yayıb.

Niyazov 2019-cu ilin avqust ayında hakimiyyəti ələ keçirmək cəhdində və iğtişaşların təşkilində şübhəli bilinirdi.

Qeyd edək ki, ölkənin keçmiş prezidenti Almazbek Atambayev, keçmiş baş nazirlər Jantoro Satıbaldiyev və Sapar İsakov həbsxanadan çıxarılıblar. Hazırda Atambayev tərəfdarlarından yalnız paytaxtın keçmiş meri Albek İbraimov həbsdə qalır.

Paylaş

 Xəbəriniz olsun