Qığrızıstan parlamentinin sədri istefa verdi

  • Space TV
  • 4 Noyabr 2020 10:38

Qırğız Respublikası parlamentinin sədri Kanat İsayev tutduğu vəzifədən istefa verib.

Spacetv.az “24.kg”a istinadən xəbər verir ki, bu barədə o, parlamentin iclasında bildirib.

İsayev oktyabrın 4-də keçirilmiş parlament seçkilərindən sonra bu vəzifəyə seçilmişdi. Bu siyasi kampaniyanın nəticəsi isə oktyabrın 5-də gerçəkləşmiş etiraz aksiyalarından sonra etibarsız sayılıb. Bununla belə, İsayev bildirib ki, prezidentliyə namizəd olaraq irəli sürüldüyü üçün sədrlikdən istefa verib.

Qeyd edək ki, 5 oktyabr etiraz aksiyasından sonra Qırğızıstan prezidenti Sooronbay Jeenbekov istefa verib. Oktyabrın 15-dən dövlət başçısının səlahiyyətlərini baş nazir Sadır Japarov icra edir.

Paylaş

 Xəbəriniz olsun