Qığızıstanın keçmiş prezidenti aclıq elan edib

  • SpaceTV
  • 26 Oktyabr 2020 16:03

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev Dövlət Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasında aclıq elan edib.

Spacetv.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu onun vəkili bildirib.

Qeyd edək ki, A.Atambayev oktyabrın 5-də etiraz aksiyaçıları tərəfindən həbsxanadan çıxarılmışdı.

Atambayev Qırğızıstana 2011-2017-ci illərdə rəhbərlik edib. O, 2019-cu ilin 8 avqustunda Koy-Taş Çuysk əyalətinin kəndindəki qərargahında saxlanılıb. Eks-prezidentə qarşı bir sıra ittihamlar irəli sürülüb və o, azadlıqdan məhrum olunub. A.Atambayev dəfələrlə bildirib ki, bu ittihamları siyasi təqib hesab edir.

Paylaş

 Xəbəriniz olsun