Qida zəhərlənməsi

  • SpaceTV
  • 19 Sentyabr 2019 11:30

Qida zəhərlənməsi – bakteriyalar, viruslar və parazitlər kimi ziyanlı mikroorqanizmlərin qidaya bulaşması zamanı həmin qidanın istifadəsinin nəticəsində yaranan haldır.

Yay aylarında daha tez-tez rast gəlinən qida zəhərlənməsi əsasən ishal, ürək bulanması, qusma və mədə ağrıları ilə özünü göstərir. Düzgün diaqnoz üçün qan analizi vacibdir. Adətən qida zəhərlənməsi bir neçə günə düzəlir lakin bəzi zəhərlənmə halları var ki, həddən artıq ciddi problemlərə yola aça bilər və bu zaman ciddi həkim nəzarətinə ehtiyac vardır.

Zəhərlənmədə ishal baş verən zaman ishalı dayandırmaq üçün istifadə edilən hər hansı bir dərman orqanizmdəki toksinlərin ishalla xaric olunmasının qarşısını alarsa bu hal xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər. Onun üçün də bu kimi dərmanların yalnız həkim məsləhəti ilə qəbulu məsləhətdir.

Space məlumat verir ki,  “Son iki – üç ayda qida zəhərlənmələri ilə bağlı 50 müraciət daxil olub”, – Bu barədə “Hər gün”ə   Kliniki Tibbi Mərkəzin ümumi reanimasiya şöbəsinin müdiri Rauf Cəfərquliyev deyib. Onun sözlərinə görə yay mövsümünün sonlarında  konserviləşdirilmiş qidalardan istifadə zamanı zəhərlənmələr müşahidə olunur. Xüsusən də uşaqlarda.

Yay mövsümündə isti havalar nəticəsində bir çox qidaların daxilində ziyanlı bakteriyalar yarana bilir. Bu mövsümdə balıq konservləri və konserviləşdirilmiş ət qida məhsullarının yeyilməsi təhlükəli hesab edilir.

Körpələrə isə ümumiyyətlə,  qarpız –yemiş,  giləmeyvələr vermək olmaz. Çünki tez yetişdirilən bu kimi məhsulların tərkibində kimyəvi maddələr olduğundan zəhərlənmə və ağır fəsadlara  yol aça bilir.

Zəhərlənməkdən qorunmağın sirlərini biz sizə dedik orqanizminizi qoruyub saxlanma isə sizin öz üzərinizə düşür.

Paylaş

 Xəbəriniz olsun