QİÇS xəstəliyini araşdıran dünyaca məşhur alim koronavirusdan öldü

  • SpaceTV
  • 2 Aprel 2020 11:41

QİÇS xəstəliklərinə dair araşdırmaları ilə bütün dünyada şöhrət qazanan Cənubi Afrikalı professor Gita Ramje koronavirus səbəbindən həyatını itirib.

SPACE TV xəbər verir ki, yaxın günlərdə İngiltərədən Cənubi Afrikaya gələn elm adamı simptomlar görüldüyü üçün xəstəxanaya aparılmışdı. Xəstəxanada müalicə edilən Ramjenin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Cənubi Afrikada bu günə qədər koronavirusa yoluxma sayı 1353, ölənlərin sayı isə 5 olaraq göstərilir.

Paylaş

 Xəbəriniz olsun