Qeyri-neft sektoru sürətlənir

  • SpaceTV
  • 22 Oktyabr 2019 16:50

Qurban Səfərov ömrünün 40 ilini tikinti sektoruna həsr edib. İnşaatçı bildirir ki, paytaxtda tikilən 10-larla binanın ucalmasında zəhməti var. Deyir, son illərdə ölkəmizdə qeyri- neft sektorunun inkişafı inşaat sektorunda da özünü göstərir. Nəticədə paytaxtda və bölgələrdə günbəgün yeni və komfortlu binalar ucaldılır.

Geridə qoyduğumuz 9 ay ərzində qeyri-neft sektorunda 3 faiz artım qeydə alınıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Bununla yanaşı, kənd təsərrüfatına ayrılan güzəştli kreditlər, subsidiyalar da əldə edilən məhsulda özünü göstərir. Qeyd edilən dövrdə kənd təsərrüfatı məhsullarının istehsalı 7 faiz artıb.

Qeyri-neft sektorunun inkişafında, yeni sahibkarlıq subyektlərinin qurulmasında güzəştli kreditlər mühüm rol oynayır. Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən bu vəsaitlər biznesin inkişafına dəstək verir. Bu ilin 9 ayı ərzində sahibkarlara 130 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 3 800-dək yeni iş yerinin açılması mümkün olacaq.

Cəfər Talıb SPACE TV                                  

Paylaş

 Xəbəriniz olsun