Qeyri-adilikləri ilə məşhur olan Tayland kralı yenə gündəm oldu – FOTO

  • Space TV
  • 18 Noyabr 2020 10:17

Qeyri-adilikləri ilə məşhur olan Tayland kralı Maha Vaçiralonqkorn yenə gündəm olub. Bu dəfə o, metro açılışından olan görüntüləri ilə maraq qazanıb.

Spacetv.az xəbər verir ki, bu barədə “Haber Global” xəbər yayıb.

Bildirilir ki, o, kraliça Suthida ilə qatıldığı açılışda vaqona qırmızı xalı döşətdirib.

Yüksək rütbəli məmurların yerdə oturması isə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Paylaş

 Xəbəriniz olsun