Qeyri-adi təbiət hadisəsi – VİDEO

  • Space TV
  • 1 Sentyabr 2020 12:56

Qubada hazırda alma yığımının qızğın çağıdır. Amma meyvə toplamağa gələnlər qeyri-adi mənzərəylə qarşılaşıblar.  Bir tərəfində meyvəsi olan alma ağacının digər budaqlarında çiçək açıb. Maraqlı təbibət hadisəsi rayonun ucqar dağ kəndlərindən olan Dalıqaya kəndində qeydə alınıb. Sakinlər kəndlərində belə halın ilk dəfədir yaşandığını bildiriblər. Əksər isti ərazilərdə belə bir hadisə müşahidə olunsa da Dalıqaya kəndində  havanın temperaturu əksər vaxtlar aşağı olduğundan bu hal eşdənlərin daha çox diqqətinə səbəb olub.

Mütəxəssislərin sözlərinə görə, bu vaxt alma ağacının çiçək açması anomal hadisədir. Ağacın bar verdiyi ərəfədə çiçək açması isə mümkünsüzdür. Çünki, havanın soyuq olması tozlanmanın qarşısını alır və yeni açan çiçəklər yanır.

Emin Vaqifoğlu, Space TV

Paylaş

 Xəbəriniz olsun