Qeyri-adi quşlar

  • SpaceTV
  • 27 Noyabr 2019 13:00

Təsərrüfat sahibi Rafiq Muradovun həyətyanı sahəsində zövqlə  yaratdığı bu mini zooparkda   təbiət quşları ilə yanaşı,  onlarla müxtəlif cinsli ev quşlarını da görmək mümkündü. Təbiət quşlarından ağ qırqovul, qafqaz qırqovulu, rumun və zümrüd sortlu qırqovullar ekzotk görünüşü ilə göz oxşayır.  Bir ildən artıqdı ki, bu nadir quşların  aludəçisinə çevrilən  Rafiq Muradov, deyir ki, bəslədiyi bu cins toyuqlar da Azərbaycanda az sayda təsərrüfat sahiblərində var.

Zooparkın ən bahalı və ürkək heyvanı qaraqanad tovuzquşudu.  Yaxınlıqda belə  qeyri-adi  quşların olduğunu bilən balaca seyricilər də hər gün bu ünvana gəlir, onlarla təmasda olmaqla xoş ovqat yaşayırlar. Kiçik zooparkı xatırladan bu qəfəslərdə 150-dən çox  13 növdə həm təbiət quşları, həm də ev quşları bəslənir. Bunların arasında daha çox diqqət çəkən qızılı xoruz-Türkiyənin Brama qov cinsidi.

Təsərrüfat sahibinin dediyinə görə, Brama qov cins fərələrinin diri çəkisi 6-7 kq,  xoruzları isə 9-12 kq arasında olur. Toyuqlar 150-200 manat, xoruzlar isə 300-500 manata çatışa çıxarılır. Bir ədəd yumurtası isə bazarlarda 8-10 manata alıcılara təklif edilir. Alıcı sarıdan da problem yaşanmır. Sahibkar quşların düzgün qida rasionuna  və  mövsümi baytarlıq tədbirlərinə də son dərəcə diqqətlidi. Təbiətdə, Allahın yaratdığını sevmək və gözəlliyi artırmaq vacibdi.  Bu gözəlliyi qoruyub saxlamaq  isə Rafiqin ən böyük arzusudur.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun