Qeyri – adi məxluq

  • SpaceTV
  • 16 Avqust 2019 14:00

Son 15 gündür ki, Ucar rayon Çiyni kənd sakinləri gecələrini qorxu içində keçirirlər. Hətta qorxudan huşunu  itirənlərdə var. Səbəb gecə saatlarında kənd ərazisində gəzib dolaşan qeyri-adi məxluqdu.

 Kənd sakinlərinin bildirdiyinə görə, qeyri-adi məxluq hər gecə kənd ərazisində görünür. Onların sözlərinə görə artıq 15 gündən  çoxdur ki, bu hadisə hər gecə təkrarlanır. Hətta onları görən bir qadın özündən gedərək huşunu itirib. Qəribə varlıq kənd sakinlərinə məxsus həyətlərə girərək gəzir.

Sakinlərin sözlərinə görə, üzü saqqallı və çox hündür olan bu varlıq tutmaq üçün polis ötən gecə kənddə əməliyyat keçirib və post qurub. Lakin buna baxmayaraq hər hansı heyvan və ya qeyri-adi bir məxluqa rast gəlinməyib.

Kənd sakinlərinə axşam 22:00-dan sonra mümkün qədər küçəyə çıxmamaq tövsüyyə olunub. Sakinlər evlərindən kənara çıxa bilmədiklərini, evdə körpə uşaqların və qız gəlinlərin qorxduqlarını bildirirlər.

Sakinlərin sözlərinə görə, gündüz saatlarında qorxduqları üçün əllərində ağac gəzirlər.

Dəfələrlə bir qurup kənd sakini bu məxluqu qovmağa çalışıblar. Bu anda anidən yoxa çıxdığını bir müddətdən sonra isə başqa bir həyətdən, əkin sahələrində rast gəldiyini bildirirlər.

 Qeyd edək ki bunla bağlı, Ucar rayon polis şöbəsində araşdırma aprılır.

Paylaş

 Xəbəriniz olsun