Qazinin evi təmir edilir

  • Space TV
  • 18 Avqust 2020 15:16

O, döyüş meydanında canını bu torpağqa qurban deyib, düşmənə sinə gərib. Dövlətimiz də daim onun, nəinki onun, canını bu Vətən uğrunda fəda edən hər bir qəhrəman övladın yanında olub.

Azərbaycan dövləti daim əsgərlərimizin yanındadır. Ötən ay Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində dövlət sərhəddində törətdiyi təxribat zamanı ağır yaralanan əsgər Nurlan Quliyev də istisna deyil. Space TV-nin məlumatına görə, o, Tovuzun Ağdam kəndi istiqamətində gedən döyüşlərdə yaralansa da, həkimlərimizin səyi nəticəsində yenidən sağlamlığına qovuşub. Nurlanın müalicə aldığı müddətdə ailəsinə baş çəkən rəsmilər evlərinin əsaslı təmirə ehtiyacının olduğunu görüblər. Beləliklə, Masallının Sığıncaq kəndində qazinin doğulub boya-başa çatdığı ev dövlət tərəfindən əsaslı təmir olunub.

4 otaqdan ibarət mənzil tamamilə yenidən qurulub. Yeni dam örtüyü vurulub, döşəmə və tavan yenilənib, hamam və sanitar qovşaq tikilib. Eyni zamanda ev mətbəx mebeli, televizor və digər zəruri məişət avadanlıqları ilə təmin edilib. Həmçinin həyətdə yeni su quyusu qazılıb, darvaza qoyulub.

Bədəninin 5 yerindən qəlpə yarası alan Nurlanın yeganə arzusu yenidən ordu sıralarına qayıtmaqdır.

Rövşən Almasoğlu, Space TV

Paylaş

 Xəbəriniz olsun