Qazın verilişində məhdudiyyətlər olacaq

  • SpaceTV
  • 9 Sentyabr 2019 11:37

“Azəriqaz” İstehsalat Birliyindən Space TV -yə verilən məlumata görə, səhər saat 09:00-dan Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində bir qrup istehlakçının qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq. Bu müddət ərzində qazın verlişində məhdudiyyətlər olacaq.

Saat 10:00-dan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, təmir bərpa işlərinin yerinə yetirilməsi ilə əlaqədar isə saat 10:00-dan 16:00-dək Qazax rayonunun bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılacaq.

Saat 10:00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsi də təmir işləri həyata keçirdiyindən Xətai rayonunun bir neçə prospekt və küçələrində qaz fasilələrlə veriləcək.

Paylaş

 Xəbəriniz olsun