Qazdan boğulma

  • SpaceTV
  • 7 Noyabr 2019 15:05

Hadisə İmişli rayonunun “Daş körpü” deyilən ərazisində qeydə alınıb. Belə ki, əslən füzuli rayonundan olan 2004-cü il təvəllüdlü Həsənov Bilal Ramazan oğlu ailəsi ilə birlikdə kirayə yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq ölüb. Şahidlərin dediyinə görə, hadisə ötən gün axşam saatlarında baş verib. Həmin gün 15 yaşı tamam olan Bilal Həsənov yuyunmaq üçün hamama gedib. Onun gec gəldiyini görən yaxınları bundan narahat olub. Anası hamamın qapısını açarkən oğlunun huşsuz vəziyyətdə uzandığını görüb. Şok vəziyyətinə düşən anası oğlunun həyatını xilas etmə üçün adamları köməyə çağırıb.

Yeniyetmə İmişli rayon mərkəzi xəstəxanasına aparılarkən artıq gec olub. O, dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV 

Paylaş

 Xəbəriniz olsun