Qazaxıstanın hakim partiyası parlament seçkilərində qalib gəldi

  • Space TV
  • 12 Yanvar 2021 10:18

Qazaxıstanda keçirilən parlament seçkilərində hakim “Nur Otan” partiyası qalib gəlib.

TASS bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası sədrinin müavini Konstantin Petrovun açıqlamasına istinadla xəbər yayır.

Partiya 5 148 074 səs (71.09 %) qazanıb.

Səsvermə nəticələrinin ardından üç partiyanın – “Nur Otan” , “Ak Jol” (10,95%) və Qazaxıstan Xalq Partiyasının (NPK) (9,10%) parlamentə daxil olduğu qeyd edilir.

Bazar günü Qazaxıstanda Məclisə partiya siyahısı ilə millət vəkillərinin seçkisi keçirilib. Məclisə 107 deputat daxildir, onlardan 98-i gizli səsvermə yolu ilə partiya siyahıları, qalan doqquz millət vəkili isə Qazaxıstan Xalq Assambleyası tərəfindən seçilib.

Paylaş

 Xəbəriniz olsun