Qazaxıstandan Azərbaycanla uçuşların bərpası ilə əlaqədar RƏSMİ AÇIQLAMA

  • Space TV
  • 8 İyun 2020 14:47

Qazaxıstanla Azərbaycan arasında aviareyslərin bərpasına iyulun 1-dən sonra baxılacaq.

SPACE TV bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsinin Mətbuat Xidmətinə istinadən məlumat verir.

“Azərbaycan epidemioloji vəziyyətlə bağlı beynəlxalq uçuşlara 2020-ci ilin 1 iyuluna qədər məhdudiyyət qoyub.

Bununla əlaqədar olaraq, Qazaxıstanla Azərbaycan arasındakı birbaşa uçuşların bərpasına göstərilən tarixdən sonra baxılacaq”, – açıqlamada qeyd olunur.

Paylaş

 Xəbəriniz olsun