Qazaxıstanda torpaq uçqunu baş verib, ölənlər var

  • SpaceTV
  • 9 Noyabr 2019 11:51

Qazaxıstanda torpaq uçqunu baş verib.

SPACE TV xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Şımkənd şəhərində tikinti üçün çala qazıntısı zamanı qeydə alınıb.

Hadisə nəticəsində 3 nəfər torpaq altında qalıb. Xilasedicilər onlardan birini, 26 yaşlı gənci çıxara biliblər. Xəstəxanaya yerləşdirilən zərərçəkənin vəziyyətinin kafi olduğu bildirilir. Daha sonra 50 və 54 yaşlı digər iki işçinin meyitləri torpağın altından çıxarılıb.

Paylaş

 Xəbəriniz olsun