Qazaxıstanda kütləvi dava: 8 nəfər həlak olub, 40-dan çox insan yaralandı

  • Space TV
  • 8 Fevral 2020 13:08

Qazaxıstanın Jambıl vilayətinin Korday rayonunda baş verən kütləvi dava nəticəsində 8 nəfər həlak olub, 40-dan çox insan yaralanıb. Xəsarət alanlardan ikisi polis əməkdaşıdır.

SPACE TV  xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər naziri Erlan Turqımbayev mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, fevralın 7-də saat 19:00-da növbətçi polis hissəsinə Korday rayonunun Masançi kəndində 70 nəfərin iştirak etdiyi kütləvi dava haqqında məlumat daxil olub. Davaya qoşulanların sayı sonradan 300 nəfərə çatıb.

İlkin məlumata görə, münaqişənin gedişində 30-dan çox evə, 15 ticarət obyektinə və 23 avtomobilə ziyan dəyib. İğtişaşlarda iştirak edən şəxslərdən 47-si saxlanılıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Twitter” səhifəsində insidenti şərh edərək bildirib ki, Jambıl vilayətində ictimai qaydanın və təhlükəsizliyin pozulmasında təqsirkar olanlar ciddi şəkildə cəzalandırılacaqlar.

Paylaş

 Xəbəriniz olsun