Qazaxıstanda koronavirusa ilk yoluxma faktı qeydə alındı

  • Space TV
  • 13 Mart 2020 15:50

Qazaxıstanda koronavirusa (COVID-19) ilk yoluxma faktı qeydə alınıb. 

“RİA Novosti” xəbər verir ki, bununla bağlı ölkənin Səhiyyə naziri Yeljan Birtanov məlumat verib:

“Biz təsdiqləyirik ki, karantində olan iki vətəndaşımızda koronavirus analizinin cavabı müsbət çıxıb”. 

Nazir əlavə edib ki, həmin şəxslər Almaniyadan gəlib və hazırda Almatıda saxlanılır. 

Paylaş

 Xəbəriniz olsun