Qazaxıstanda 33 il əvvəlki rekord qırıldı

  • Space TV
  • 24 Fevral 2021 10:48

Qazaxıstan Milli Statistika İnstitutu ötən ilin yanvar-dekabr aylarında ölkədə yeni doğulmuş körpələrin sayını açıqlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, ölkədə 2020-ci ildə 425,6 min körpə dünyaya gəldib ki, bu da 1987-ci il rekordunu (417 min) qırıb.

Keçən il Qazaxıstanda yeni doğulmuş körpələrin sayı əvvəlki ilə nisbətən 5,6 faiz (22,6 min) artıb.

Sözügedən dövrdə doğulmuş körpələrin 58,4 faizi (248,7 min) şəhərlərdə, 41,6 faizi isə (176,9 min) kənd yerlərində qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun