Qazaxıstan hökuməti istefa edib.
Spacetv.az xəbər verir ki, bu barədə “Sputnik” xəbər yayıb.
Məlumata görə, yeni tərkib təsdiqlənənə qədər Nazirlər Kabinetinin bütün üzvləri vəzifələrinin icrasına davam edəcək.
Bundan əvvəl Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Əsgər Maminin hökumət başçısı vəzifəsində saxlanılmasını təklif etmişdi.