Qazaxıstan Azərbaycana yeni səfir təyin edib

  • SpaceTV
  • 30 Sentyabr 2019 08:59

Qazaxıstan Azərbaycana yeni səfir təyin edib.

“Space” məlumat verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fərmanına əsasən, Abdıkerimov Serjan Oralbayeviç Qazaxıstanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunub.

Müvafiq qərarla, o Qazaxıstanın Çexiya və Slovakiyadakı səfiri vəzifəsindən azad olunub.

S. Abdıkerimov 1993-1998-ci illərdə Abay adına Almatı Dövlət Universitetində təhsil alıb. Diplomatik fəaliyyətini 1998-ci ildə Üçüncü departamentin Avropa və Amerika idarəsinin referenti qismində başlayıb.

Paylaş

 Xəbəriniz olsun