Qazaxda toy karvanında silahdan atəş açıldı

  • Space TV
  • 11 Noyabr 2019 12:16

Qazax rayonunda toy karvanında təhlükəli anlar yaşanıb.

APA-nın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Görüntülərdən belə məlum olur ki, rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan “VAZ-2106” markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilin sərnişini tüfəngdən havaya bir neçə dəfə atəş açır.

Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb.

Paylaş

 Xəbəriniz olsun