Qazaxda tələbələr zəhərlənib

  • Space TV
  • 3 Dekabr 2019 12:11

Qazaxda kollec tələbələri zəhərlənib.

SPACE TV-in verdiyi xəbərə görə, hadisə Qazax Dövlət Sosial İqtisadi Kollecində qeydə alınıb. Kollecin tələbələri – 19 yaşlı Əfsanə Mətləb qızı Səfərli, 19 yaşlı Güləndam Sadiq qızı Həsənova, 19 yaşlı Xavər Fikrət qızı Məmmədova, 18 yaşlı Arzu Azər qızı Əlizadə və Mahizər Akif qızı Süleymanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Tələbələrin kollecdəki dizel yanacağı ilə işləyən sobanın tüstüsündən zəhərləndiyi ehtimal olunur.

Paylaş

 Xəbəriniz olsun