Qazaxlı fermer Əhəd Əsgərov ötən ilin məhsul yığımında gəlir yox ziyan edib . O bunu bağında budama işlərini aparmaması ilə izah edir .Fermer bildirir ki , 1 hektar üzüm bağından məhsulu 70 sentnerlə götürüb . 2018 cildə isə bu rəqəm 100 sentnerdən cox olub . Bu cür böyük fərqin yaranmasının səbəbi nədir ?
Bu il Qazax rayonunda 279 hektar üzüm bağından 3min tona yaxın məhsul yığılıb . bu rəqəm 100.5 sentnerlə qiymətləndirilir . Amma bu rəqəm 120 vəyaxud 130 sentner ola bilər . Üzümcülük üzrə 40 il təcrübəsi olan fermer Kərəm Nəbiyev bildirir ki ,məhsuldarlığın az olmasının cox səbləri var .ilk olaraq düzgün aqrotexniki qulluq məhsulun gələcək bar verməsini təmin edir . bu isə mütəxəsislər tərəfindən nəzarətlə olmalıdır .
Budama işləri bitdikdən sonra işlər yenə yekunlaşmır. Bundan sonra ağacların dibinə üzvü gübrələr verilməlidir. Yağıntının yağması ilə həmin lazımlı gübrələr ağacın dibinə hopur ki bu da məhsuldarlığı artırır. Ağacların dibinin əkilməsidə əsas şərtlərdən dir .
Fermer Kərəm Nəbiyev əkilmənin nəmliyi qorumaqda rolunun böyk olduğunu vurğulayır
Qeyd edək ki 2018 cildə Qazaxda 268 hektar üzüm bağından 2880 ton məhsul əldə olunub . bu isə 2019 cuillə müqaisədə nisbətən azalma deməkdir . Qazax Dövlət Aqrar İnkişaf mərkəzindən bildirdilər ki bu il üzümün məhsuldarlığı aşağı düşüb . Bunun səblərindən biri düzgün aqrotexniki qulluqdursa digər səbəbi bu il qərb bölgəsində 9 aydır yağıntının düşməməsidir . Buda məhsuldarlğa mənfi təsirini göstərib .
Vasif Vaqioğlu SPACE TV