Qazaxda gənclər yürüş edib

  • SpaceTV
  • 18 Oktyabr 2019 16:54

Qazaxlı  gənclər  18 oktyabr  müstəqillik günündə   yürüş  etdilər . Dövlət  atributumuz  olan bayraqlar eyni  zamanda “ Müstəqillik günü”   “Qarabağ Azərbaycandır “ , ”Şəhidlər ölməz ,vətən bölünməz” kimi  yazılmış lövhələr   ordu şəklində  toplanmış  gənclərin   devizinə   çevrilmişdi .

Qazax şəhərinin giriş hissəsindən  Heydər  Əliyev prospekti  boyunca  başlanmış  yürüş  üzü  vağzal  və   gənclər  evinə   doğru  davam etdi  . Yürüşə  Məktəblilər  eyni zamanda  tələbələr   və  rayon ictimayyətidə   qoşulurdular .  yürüşün əsas  hissəsinə   müxtəlif küçələrdə   hazır  vəziyyətdə   olan  qrup şəklində  gənclərdə qoşularaq   yürüş iştirakçılarının sayını bir qədərdə   çoxaltmış olurdular  . “Müstəqilliyimiz Əbədidir  “  deyən bu  gənclər  sabit  firavan bir  ölkənin gələcəyidir  .  Neçə -neçə  igid  oğul  və   qızlarımızın  qanı  bahasına  əldə olunan  bu  gündən  düz 101  il ötür  .  Yarandığı  bir  dövrdən təziqlərə məruz qalan  ölkəmiz ilk əvvəl  müstəqilliyini itirsədə   1991  cildə  yenidən  bu azadlığına  qovuşdu .   Amma   kənar  qüvvələr  yenədə  bu  müstəqilliyə  kölgə   salmaq  istəyirdi  . lakin  layiqli  dövlət  başçısı  Heydər Əliyevin  hakimiyyətə  gəlişi    müstəqilliyin  təməlinin möhkəmlənməsi ilə  nəticələndi  .  Bu günki  gənclikdə  günü  gündən  çiçəklənən  Azərbaycan  gəncliyidir 

3 kilometrlik bir məsafəni  qət edən  gənclərin  yürüşü   sonda  Heydər Əliyev Mərkəzinin  qarşısında  yekunlaşdı . Daha  sonra hər bir  gəncin  dilindən  dövlət  himni  oxundu 

Sonda  yürüş  gənclərin  musiqi  proqrami ilə  davam etdi.

Vasif Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun