Qazaxda doqquzuncu sinif şagirdi məktəb yoldaşını bıçaqladı

  • SpaceTV
  • 6 Fevral 2020 12:48

Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.  

APA-nın məlumatına görə, hadisə şəhər 1 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbin doqquzuncu sinif şagirdi Məhəmməd Qasımov dərs vaxtı onuncu sinif şagirdi, 2004-cü il təvəllüdlü Nihat Rəşad oğlu Əliyevi bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun