Daha sonra məlum olub ki hadisəni törədən Qazax rayon sakini 26 yaşlı Əhmədov Əhməd Əbdüləhməd oğludur. Qazax rayon Polis Şöbəsi və Prokurorluğunun birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs tutulub. Aldığımız məlumata görə bıcaq zərbəsi alan Zaur Hüseynov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisənin baş vermə səbəbinə gəlincə hadisə şahidləri bildirir ki hadisədən bir gün əvvəl mərhum Zaurla Əhməd görüşüblər və aralarında mübahisə yaranıb hətta biri digərinə yumruq zərbələridə endirib. Ertəsi gün isə onlar məsələyə aydınlıq gətirmək ücün rayon mərkəzində olan sakit yer kimi stadionu seciblər .nəticədə bu hadisə baş verib . Mərhumun meyidi Qazax müalicə diaqnostika mərkəzində yerləşən məhkəmə tibbi ekspertizasinin patoloji anatomiya birliyinə aparılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır .
Vasif Vaqifoğlu SPACE TV