Qaynar xəttimizə zəng edən Şəki rayonunun ən böyük kəndlərindən biri olan Baş Göynük kəndinin sakinləri kəndlərində fəaliyyət göstərən həkim məntəqəsində doğum xidmətinin göstərilməməsindən narazıdırlar

  • Space TV
  • 22 Yanvar 2020 15:25

Bəli bu qadınlar kənddə fəaliyyət göstərən həkim məntəqəsinin fəaliyyətindən narazıdırlar.Onlar iddia edir ki,hətta bəzən ilkin tibbi yardımlar belə bu məntəqədə göstərilmir.Məcburiyyət qarşısında qalaraq xəstələr ya 10 kilometrlik məsafədə yerləşən Aşağı Göynük kənd sahə xəstəxanasına,ya da Şəki rayon Mərkəzi Xəstəxanasına getməlidirlər.

Son bir-neçə ildə tikilərək kənd əhalisinin istifadəsinə verilən Baş Göynük kənd həkim məntəqəsi inzibati bina olaraq və avadanlıqlarına görə yaxşı vəziyyətdədir.Məntəqə ilə yaxından tanış olduğumuzda burada müyyən tibbi xidmətlərin göstərilə biləcəyini əyani olaraq gördük.Ancaq son 5-6 aya qədər doğuşların həyata keçirildiyi kənd həkim məntəqəsində artıq bu xidmət göstərilmir.Sadəcə burada hamilə qadınlar qeydiyyata alınır.Məntəqənin doğum şöbəsinin qadın əməkdaşı da bunu təsdiqlədi.

Kənd sakinləri bildirirlər ki,dəfələrlə aidiyyatı qrumlara doğum xidmətinin bərpası üçün müraciət ediblər.Qanunvericilik buna imkan verirmi?Kəndlərdə doğuş xidməti göstərilə bilərmi? Elə biz də bu sualının cavabını tapmaq üçün yollandıq Şəki rayon Mərkəzi Xəstəxanasına.

Kənd sakinlərinin narazılığına səbəb olan bu məsələni araşdırdıq.Həkimin də söylədiyi kimi kəndlərdə bu xidmət nəzərdə tutulmur.Tibb müəssisəsindən bildirildi ki,kənd həkim məntəqələrində reanimasiya şöbələrinin olmaması doğuş zamanı risklərə yol aça bilər.Əgər yeni doğuş etmiş ananın vəziyyəti pisləşərsə təcili xəstə reanimasiya şöbəsinə yerləşdirilməlidir.Xəstəxanadan onu da bildirdilər ki,Şəkidə perinetal mərkəz fəaliyytə göstərir ki,bu mərkəzdən də tək Şəki rayonu deyil,digər ətraf rayonlar da yararlana bilər.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun