Qaynar xəttə gələn zəng

  • SpaceTV
  • 26 Fevral 2020 16:26

Ətrafı üfunət bürüyüb, hər tərəf  zibilliyin içərisində itib-batır. Zibil qutuları olmadığı üçün sakinlər məişət tullantılarını küçənin ortasında atmağa  məcburdular. Nəticədə ortaya çıxan antisanitar vəziyyət bu ünvanda yaşayan sakinlərin sağlamlığı  üçün da təhlükəli vəziyyət yaradıb.

Görüntülər Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış massivindəndir. Sakinlər bildirirlər ki, illərdir bu ərazidə zibil qutuları olmadığından  və vaxtında daşınmadığından məişət tullantıları qəsəbənin bəzi küçələrində zibil təpələri yaradıb.

Vaxtında təmizlənməyən zibil meydançaları, gecə saatlarında sahibsiz itlərin oylağına çevrilib.

Deyəsən qəsəbə  sakinlərinin  illərdir həllini gözləyən bu problemi Binə qəsəbəsi üzrə ərazi nümayəndəliyinin 22 ildə bir dəfə də olsun diqqətini cəlb etməyib. .Mövzu ilə bağlı qəsəbə nümayəndəliyinə yollansaq da  hər zaman olduğu kimi bu dəfə də Binə qəsəbəsi üzrə ərazi nümayəndəsi Tahir Əliyevi yerində tapa bilmədik

Sakinlərə şad xəbərimiz dəvar. Binə bələdiyyəsindən bildirildi ki, həmin əraziyə sabah baxış keçiriləcək və problem bir neçə günə öz həllini tapacaq

Mövzunu diqqətdə saxlayacayıq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun