Qaynanasının evində özünü bıçaqladı -FOTO

  • SpaceTV
  • 24 Avqust 2019 13:07

Bərdə rayonun Qaradağlı kəndində kürəkən qaynanası evində özünü bıçaqla vuraraq həyatını dəyişib. Hadisə yerinə yolanan əməkdaşlarımız oğlanın ailə-münaqişəsi zəmnində özünü bıçaqladığını ortaya çıxarıb.

Qara Dəmirçi kənd sakini 28 yaşlı  Tural Xəqani oğlu İlyasov ailə münaqişəsi zəmnində qaynanasıgilə gələrək orada özünü bıçaqla vurub. Tural İlyasov xəstəxanada həyatını itirib.

Məsələni araşdırmaq üçün onun ailə üzvüləri ilə görüşüb, söhbətləşdik. Yaxınları bildirdi ki, hadisə Turalın həyat yoldaşı ilə dava etməsindən sonra baş verib.

Tural ailəsi ilə dalaşıb. Başqa maşınla gedib, həyat yoldaşının arxasınca. Orda dava düşüb.

Turalın yaxınları iddia edir ki, o özü-özünü yox, onu vurublar.

Məsələni araşdırmaq üçün qarşı tərəfi dinlədik. Turalın qaynanasıgilə yollandıq.  Qaynanası və həyat yoldaşı ilə həmsöhbət olduq. Elə qaranlıq qalan bəzi məqamlar da bundan sonra ortaya çıxdı.

Turalın həyat yoldaşı Aysel bildirdi ki, bir həftədi anasıgilə gəlib. Bura gəlməsinin səbəbi isə, Turalın ona işgəncə verməsi, döyüb, təhqir etməsi olub. Onun sözlərinə görə, həyat yoldaşı ilə danışdıqdan sonra ona boşanacaqlarını və artıq təhqirlərə dözmədiyni bildirib. Bu sözündən sonra Tura ilə Aysel arasında  münaqişə baş verib. Ayselin sözlərinə görə, bundan əsabləşən Tural, özünə 1 bıçaq zərbəsi vuraraq həyatını itirib.

 Turalın ailəsinin sözlərinə görə, Turalın bədənində 3 bıçaq zərbəsi olub. İddia edirlər ki, Turalı bıçaqlayıblar.

 Hadisə ilə bağlı Bərdə Rayon Prakrorluğunda cinayyət işi açılıb araşdırma aparılır.

Emin Babayev – Space

Paylaş

 Xəbəriniz olsun