Qayınanasının ayaqlarını kəsərək meşədə gizlətdi

  • Space TV
  • 24 Dekabr 2019 12:34

Rusiyanın Nijeqorod vilayətinin Balaxna şəhərində torbada qalıqları tapılan 96 yaşlı qadının qatili tapılıb. Şübhəli şəxs qurbanın 66 yaşlı kürəkənidir.

Bu barədə “Vesti” xəbər verib.

Bildirilir ki, o, izi itirmək məqsədilə cəsədi parçalayıb.

Məlumata görə, qayınana kürəkən arasındakı dava qadının başına ağacla ölümcül zərbə vurulması ilə nəticələnib. Bir az düşündükdən sonra kişi qadının cəsədini parçalayaraq müxtəlif yerlərdə basdırmağı qərara alıb.

Lakin bir müddətdən sonra yerli sakinlərdən biri Balaxnada meşədə torbada qadın ayaqları taparaq hüquq mühafizəçilərinə xəbər verib.

Müstəntiqlər iki gündən sonra şübhəlinin izinə düşə biliblər. İlkin ehtimallara görə, dava qayınananın təqaüdü üstündə olub.

Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb.

Paylaş

 Xəbəriniz olsun