Qayın ana və onun qızını beysbol dəyənəyi ilə vəhşicəsinə döydü

  • SpaceTV
  • 8 Oktyabr 2019 11:22

Bakının Nəsimi rayonunda xuliqanlıq zəminində döyülmə hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, hadisə Mirəli Qaşqay küçəsində yerləşən mənzildə qeydə alınıb.

1981-ci il təvəllüdlü Şəfiqə Mollazadənin yaşadığı ünvana onun qaynı öz xanımı ilə qonaq gəlib. Bu zaman mənzildə onlar arasında mübahisə yaranıb.

Qayın beysbol dəyənəyi ilə əvvəlcə Ş.Mollazadəni, daha sonra 2000-ci il təvəllüdlü Lamiyə Mollazadəni döyüb. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun