Qaydanı pozmaq istəyən çörək sexi aşkarlanıb

  • Space TV
  • 8 İyun 2020 14:16

Həftənin son iki gün ərzində Gəncədə sərtləşdirilmiş karantin rejimi qaydalarına müvafiq olaraq, pois əməkdaşları şəhərdə bütün yerlərə ciddi nəzarət həyata eçiriblər. Küçəyərdə polis orqanlarına məxsus maşınlardakı səs qurğuları ilə vətəndaşlara bir daha xəbərdarlıqlar edilib. Şəhərin müxtəlif ərazilərində küçəyə çıxan şəxslərin, hərəkətdə olan avtomobillərin müvafiq icazələrinin olub-olmaması yoxlanılıb. Polisin reydi zamanı həmçinin sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq fəaliyyətini davam etdirən çörək sexi aşkarlanıb. Gəncə şəhəri, Nizami rayonu ərazisində yerləşən sexin fəaliyyəti polis əməkdaşları tərəfindən dayandırılıb. İşçilər və obyekt sahibi barəsində qanunamüvafiq tədbirlər görülüb.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun