Qaydaları pozan sürücülər

  • SpaceTV
  • 23 May 2020 17:20

Operativ qərargahın tələblərinə uyğun olaraq bölgələrdən paytaxtda sərnişin daşıyan və qeydiyyatı rayon üzrə olan taski sürücülərinin karantin dövründə fəaliyyətlərinə qadağa qoyuldu.

Bundan sonra paytaxta girişinə heç bir məhdudiyyət qoyulmayan  taski sürücüləri isə bu  fürsəti əldən verməyərək, karantindən əvvəl 5 manata getdikləri yolu 15-20 manata aparmağa başladılar.Bu görüntülər ölkənin bütün regionlarına sərnişin daşıyan taksi sürücülərin fəaliyyət göstərdiyi Nəsimi rayonu 3-cü mikrorayon dairəsindəndir.

Yaxınlaşdığımız bu taski sürücüsü deyir ki, qiyməti artırsalarda rayon qeydiyyatında olan sərnişinləri rayondan paytaxta, və ya  paytaxtdan rayona aparmalarında hər hansı maneə yoxdur.

Karatın müddətində bunun mümkünsüz olduğunu xatırlatsamda məni 15 manata Sabirabada  aparmaqda israrlı olan bu sürücü deyirhər gün rayondan  paytaxda gətirdikləri şəxslər  elə rayon  qeydiyyatında olan sərnişinlərdir

Paytaxtın cənub girişindəkarantinə görə yaradılmış və aylardır fəaliyyət göstərən nəzarət buraxılış məntəqəsinə baş çəkdik.Yenədə polis tərəfindən rayon qeydiyyatında olan sərnişinləri keçirməyə cəhd edən sürücülərin saxlanıldığının şahidi olduq.

Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 55678 hərəkət iştirakçısı və minlərlədə sərnişin inzibati məsuliyyətə cəlb edilib.Məlumat üçün bildirək ki,polis orqanlarında çalışan bir neçə yol patrul xidmətinin əməkdaşı karantin dövründə işlərində buraxdıqları nöqsanlara görə Dİ naziri tərəfindən tutduqları vəzifədən azad olunublar

Rəşad Vəkiloğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun