Qaxda yaşayış evinda yanğın olub.

  • SpaceTV
  • 14 Mart 2020 12:41

Gecə saatlarında şəhərin Heydər Əliyev prospekti döngə 1, ev 5 ünvanında, Sabiddin Muradova məxsus ümumi sahəsi 140 kvadratmetr olan fərdi yaşayış evində yanğın  baş verib. Yanğın zamanı ikiotaqlı evin 1 otağı və eyvanı içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Hadisə yerinə Qax rayon yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Evin bir otağı və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Evdə yaşayan intiqam Muradovun sözlərinə görə, yanğın zamanı evdə olan hər kəs yatmış vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun