Qaxda yaşayış evi yanıb – VİDEO

  • Space TV
  • 28 Avqust 2020 12:18

Qax rayonunda yaşayış evi yanaraq külə dönüb. Space TV-nin xəbərinə görə, Qax şəhər sakini İsa İsayevin yaşadığı evdə anidən başlayan yanğın bir anda bütün evi bürüyüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Nəticədə ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 2 otaq və bir eyvandan ibarət olan evin yanar konstruksiyaları yanıb. Ətrafdakı tikililər yanğından mühafizə olunub. Ev sahibinin sözlərinə görə, müvəqqəti yaşadıqları ev taxtadan tikilib və hər kəsin “Finski Ev” adlandırdığı evlərdəndir. Yanğın zamanı xoşbəxtlikdən ailə üzvlərindən heç kim evdə olmayıb. Onlar dünən ev əşyalarını da yığaraq yeni tikdikləri evə köçüblər. Yanğının baş vermə səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

İlkin Piranov Space TV, Qax

Paylaş

 Xəbəriniz olsun