Qaxda qışda bənövşə çiçək açıb

  • Space TV
  • 21 Dekabr 2019 14:36

Havaların bir-neçə gündür isti keçməsi təbiətin də oyanmasına səbəb olub.Belə ki,yaşayış evlərindən birinin həyətində bənövşə çiçək açıb.Həyətin bir-neçə yerində,ağac diblərində bənövşələrə rast gəlmək olar.77 yaşlı Səlamət nənənin sözlərinə görə,bu yaşına qədər ilk dəfədir belə halla qarşılaşır.O,bildirir ki,bənövşə əsasən mart ayının əvvəllərində çiçək açır.Dekabr ayında isə bənövşənin açması qeyri-adi bir haldır.

Ev sahibinin sözlərinə görə,həyətində açan bənövşələr artıq dekabr ayının əvvəlindən 20 gün müddətində bir-neçə dəfə çiçəkləyib.Bənövşələrin solmadığını söyləyən yaşlı nənə bunu maraqlı təbiət hadisəsi adlandırır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun