Qaxda piyadanı avtomobil vurub öldürdü

  • Space TV
  • 23 Dekabr 2019 14:16

Axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Qaxın Zərnə kəndi ərazisindən keçən hissəsində minik avtomobili yolu keçən piyada, Qax rayon Ləkit kənd sakini 30 yaşlı Vüsal Şıxəmirovu vurub.Avtomobil zərbəsindən yol kənarındakı ağaca çırpılan V.Şıxəmirov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qax rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun