Qaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

  • Space TV
  • 16 Mart 2020 17:04

Şəki-Qax yolunun Əmbərçay kəndi ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Qax istiqamətində hərəkətdə olan​ Qax rayon sakini Amiran Papiaşvili idarə etdiyi yük avtomobili ilə hərəkətdə olarkən rayonun Əmbərçay kənd sakini 67 yaşlı Fikrət Əhmədovu vurub. Yaralı Qax rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun