Qaxda nəzarətsiz qalan 3 yaşlı uşaq bir qab dolusu həb içib

  • SpaceTV
  • 12 Fevral 2020 14:26

Qax şəhəri Üzeyir Hacıbəyev küçəsi ev 11 ünvanında yaşayan Rəcəbovlar ailəsinin son beşiyi olan 3 yaşlı Nur son anda bədbəxt hadisənin qurbanı olmaqdan qurtulub.Belə ki, azyaşlı pəncərənin qarşısında olan bir qutu dərmanın hamısı yeyib.Həmin vaxt anası işdə olan Nur evdə 2 bacısı ilə birlikdə olub.

Zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının müayinə zamanı 120 ədəd vitamin C həbi qəbul etdiyi məlum olub.Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirllən Nur Rəcəbliyə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib və bir-neçə saatdan sonra evə buraxılıb.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun