Qaxda iki ton narkotik vasitə məhv edilib

  • SpaceTV
  • 21 Sentyabr 2020 13:27

Qax rayonunun Fıstıqlı kəndində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Spacetv.az-a verilən məlumata görə, ümumi çəkisi 2 ton olan 9090 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun